“Globalstar” peyki “iPhone”lara xidmət edəcək

post-img

“SpaceX” şirkəti “Apple” cihazları üçün yeni peyklər buraxacaq. Belə ki, müəssisənin tərəfdaşı “Globalstar” “iPhone”larda SOS təcili peyk funksiyalarının əhatə dairəsini genişləndirmək üçün İlon Maskın şirkəti ilə müqavilə bağlayıb. 

Qurum keçən il istifadəyə verdi­yi yeni “iPhone 14” modelləri ilə SOS peyk axtarış xidmətini aktiv etmişdi. Bu texnologiya “WiFi” və ya mobil əlaqə olmadıqda təcili xidmətlərlə əlaqə sax­lamağa imkan verir. “Globalstar” gələ­cəkdə şəbəkə tutumunun 85 faizini “iPhone”lara ayırmağa razılaşıb. 

Qeyd edək ki, “Globalstar” “Spa­ceX”ə 64 milyon dollar ödəyəcək. Bu, peyklərin istismar xərclərinin yalnız bir hissəsidir və buna görə də “Apple”ın SOS xidmətindən istifadə etmək ödə­nişli olacaq.

Əfsanə ƏHƏDLİ, XQ

Dünya