Şimşək 26 nəfəri vurub

post-img

Hindistanın şərqindəki Odişa ştatında ildırım vurması nəticəsində azı 12 nəfər ölüb, 14 nəfər yaralanıb. Bu barədə “The Times of India” qəzeti məlumat yayıb.

Məlumata görə, iki saat ərzində ştatda ən azı 61 min ildırım çaxması qeydə alınıb.

Hindistanın meteorologiya departa­menti daha əvvəl Benqal körfəzindəki siklonlar səbəbindən hava şəraitinin pisləşəcəyi və leysan yağışları ilə bağlı xəbərdarlıq etmişdi.

Rəsmi məlumatlara görə, 2022-ci ildə Hindistanda ildırım vurması nəticə­sində 907 nəfər ölüb.

XQ

Dünya