Tereza Ananın adı Qonça Boyaçı imiş

post-img

5 Sentyabr Beynəlxalq Xeyriyyəçilik Günüdür. Bu günün qeyd edilməsi ilə bağlı BMT Baş Assambleyası qərar verib.

Xeyirxah əməlləri ilə insanların qəl­bində əbədi yer tutmuş şəxsiyyətlər heç vaxt unudulmur. Belə insanlardan biri – bütün dünyada Tereza Ana adı ilə tanı­nan albaniyalı məşhur xeyriyyəçi qadı­nın əsl adı isə Aqnes Qonça Boyaçıdır. O, 1910-cu ildə avqustun 26-da hazırda Kosovonun ərazisində yerləşən Uskub şəhərində anadan olub, 5 sentyabr 1997-ci ildə Hindistanın Kəlküttə şəhə­rində dünyasını dəyişib.

Tereza Ana insanlara tövsiyəsində demişdir: “Yoxsulları sevməyin verdiyi sevinci həmişə hiss edin. Unutmayın, sevgi ilə dolu olmaq, sülhlə dolu olmaq deməkdir. Tanrı hər birinizi qorusun”. 

Həyatının mənasını insanlara daim yaxşılıq etməkdə tapan Tereza Ana yar­dımsevərliyinə görə 1979-cu ildə Nobel sülh mükafatına layiq görülüb. Sent­yabrın 5-nin Beynəlxalq Xeyriyyəçilik Günü kimi qeyd edilməsi məhz onun vəfat etdiyi günlə əlaqədardır.

Zülfiyyə ZİYA, XQ

Dünya