Mars peykindən torpaq gətiriləcək

post-img

Rusiyada Marsın peyki - Fobosdan torpaq gətirə bilən planetlərarası “Bumeranq” stansiyasının buraxılması planlaşdırılır. Xəbəri “RİA Novosti” agentliyi yayıb. 

Məlumatda deyilir ki, Expedition-M layihəsinin birinci mərhələsi çərçivə­sində Mars, onun Fobos və Deimos peyklərini uzaqdan və əlaqə üsulları ilə tədqiq etmək üçün işlər görülür. “Bu­meranq” adlanan stansiyanın 2030-cu ildən sonra buraxılması planlaşdırılır.

Xəbərdə həmçinin qeyd edilir ki, missiyanın əsas vəzifələri cazibə qüvvəsi olmadıqda cisimlərə enmək və Fobosdakı maddə nümunələrini Yerə çatdırmaqdır. 

XQ

Dünya