“Kənarplanetlilər” saytı

post-img

ABŞ Müdafiə Nazirliyi UNO-lar (uçan naməlum obyektlər) haqqında məlumatların və videoların yer aldığı internet saytı – “www.aaro.mil” açıb. Artıq hər kəs naməlum uçan obyektlər haqqındakı hesabatları oxuya biləcək.

Sözügedən internet saytında hazır­da ABŞ ordusu və onun pilotları tərəfin­dən çəkilmiş səkkiz video var. Şəkillər­də səmada sürətlə hərəkət edən qəribə formalı cisimlər əks olunub. Həmçinin saytda ictimaiyyət üçün faydalı ola­caq UNO hesabatları, transkriptlər, press-relizlər və digər resurslar (təy­yarə, şar və peyk izləmə saytları) var.

Qeyd edək ki, 2022-ci ilin avqus­tuna kimi olan məlumata görə, son 17 ildə 500-dən çox UNO hadisəsi qeydə alınıb.

Aytən NƏCƏFOVA, XQ

Dünya