Dövlət idarəçiliyində Heydər Əliyev fenomeni

post-img

Ümummilli lider Heydər Əliyevin 100 illiyi ilə əlaqədar olaraq gömrük əməkdaşları üçün Prezident yanında Dövlət İdarəçilik Akademiyasının rektoru, akademik Urxan Ələkbərov “Dövlət idarəçiliyində Heydər Əliyev fenomeni və müasir Azərbaycanın davamlı inklüziv inkişafı” mövzusunda mühazirə ilə çıxış edib.

Qeyd edilib ki, dövlət idarəçi­liyi sahəsində fenomen şəxsiyyət olan Ümummilli lider Azərbaycana rəhbərlik etdiyi ilk illərdən etibarən ölkəmizin gələcək inkişaf strategi­yası ilə bağlı mühüm addımlar atıb. Məhz onun uzaqgörənliyi, strateji düşünmə bacarığına əsaslanan idarəçilik modeli qısa zaman kə­siyində ölkəmizin dayanıqlı və da­vamlı inkişafı üçün zəmin yaradıb.

Həmçinin Ümummilli liderin layiqli davamçısı Prezident İlham Əliyevin dövlət idarəçiliyində tətbiq etdiyi müasir prinsiplərin, qabaqcıl təcrübələrin beynəlxalq aləmdə nü­munə olduğu vurğulanıb.

Sonda gömrük əməkdaşlarını maraqlandıran suallar cavablandı­rılıb.

Sosial həyat