İctimai fəallar korrupsiyaya qarşı mübarizəni gücləndirirlər

post-img

Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyində TƏBİB ilə birgə korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair Milli Fəaliyyət Planı üzrə görülən işlərlə bağlı ictimai müzakirə keçirilib.

Tədbir iştirakçılarına dövlət orqanla­rında vətəndaş cəmiyyətinin təmsilçiliyi, ictimai iştirakçılıq, TƏBİB-in tabeliyində olan tibb müəssisələrində aparılan isla­hatlarla bağlı maarifləndirmə işlərində qeyri-hökumət təşkilatlarının rolu barədə məlumat verilib, eyni zamanda, Milli Fəa­liyyət Planının aidiyyəti bəndlərinin icrası ilə bağlı təkliflər irəli sürülüb.

Q.QASIMOV, “Xalq qəzeti”

Sosial həyat