Əsl azarkeşlər “Qarabağ”a inanırlar

post-img

Bu komanda milli futbolumuza qələbə əzmi gətirib

“Biz hamımız “Qarabağ”ın Çempionlar Liqasında “Rakov” səddini keçərək yoluna uğurla davam etməsini, hətta qrup mərhələsinə düşməsini arzulayırdıq. Alınmadı, məyus olduq”. Bu sözləri peşəkar idman mediasına açıqlamasında Azərbaycan Mətbuat Şurasının sədri Rəşad Məcid söyləyib.

Xatırladaq ki, “Qarabağ”ın ötən gün Bakıda Polşa “Ra­kov”u ilə heç-heçə edərək (1:1; ilk oyun – 2:3) Çempion­lar Liqası ilə vidalaşmasından sonra sosial mediadakı mü­zakirələrdə kəskin ittihamlar, nalayiq ifadələr səslənib. AMŞ sədri sosial şəbəkələrdə “Qara­bağ” klubunun rəhbərliyinə, baş məşqçi Qurban Qurbanova və futbolçulara qarşı səslənən fikir­lərlə bağlı deyib: 

– Məyusluq hamıda var. Amma həm bu dəfə, həm də əv­vəlki matçlarda sosial mediada pis bir tendensiyanın daha da genişləndiyinin şahidi oluram. Əlbəttə, sosial media istifadə­çilərinin bəzilərinin emosiyala­rını başa düşürəm. Bəzilərinin sosial mediada məsuliyyət hiss­lərinin olmadığı anlaşılandır. Lakin hər halda bir ədalət prin­sipi, vicdan, haqqı nahaqqa ver­məmək məsələsi də var. 

Bu baxımdan sosial medi­ada “Qarabağ”, Qurban Qur­banov ilə bağlı bəzi fikirlər qəbuledilməzdir. Hətta bəzən görürsən ki, media rəhbərləri, daha məsuliyyətli olmalı adam­lar da “Qarabağ”ın rəhbərliyi, Qurban Qurbanov, onun fut­bolçuları ilə bağlı həddən artıq emosional, bəzən də təhqir dolu ifadələr işlədirlər. Bu, insanlarda əlavə məyusluq yaradır. Arzula­yardım ki, sosial şəbəkə istifa­dəçiləri soyuqqanlı olsunlar, ani hisslərini və hirslərini o dəqiqə statusa çevirib yazmasınlar, ədalətli olsunlar.

Rəşad Məcid Ağdam təmsil­çisinin həm Azərbaycan futbolu­na, həm də ölkə siyasətinə bö­yük töhfələr verdiyini xatırladıb: 

– “Qarabağ” komandası Azərbaycan futboluna çox bö­yük töhfələr verib. Bunu gör­məmək allahsızlıq, ədalətsizlik­dir. “Qarabağ”adək biz stadiona gedib, məyus qayıdırdıq. Qələ­bənin şirinliyini bizə “Qarabağ” yaşadıb. Azərbaycan futbol azarkeşlərinin kütləvi şəkildə stadionlara cəlb olunması “Qa­rabağ”ın hesabına olub. Bun­dan başqa, torpaqlarımız işğal altında olarkən Ağdam koman­dasının Çempionlar Liqasının qrup mərhələsində Londonun, Madridin, Romanın komandala­rı ilə bir qrupda oynaması istər-istəməz insan beyninə “Ağdam haradır?”, “Ağdam hansı şəhər­dir?” kimi Ağdamın işğal olun­ması barədə şüuraltı informasi­yalar ötürürdü. Bunu başqa bir təbliğatla etmək çətin məsələ idi.

– Rəşad Məcid sonda “Qa­rabağ”ın yenidən böyük uğurlar qazanacağını və azarkeşləri se­vindirəcəyini deyib: 

– “Qarabağ” avqustun 10-da yenə oynayacaq. Yenə biz həyə­canla “Qarabağ”ın oyunlarına baxacağıq. İndi heyətdə müəy­yən boşluq hiss olunur. Bunu hamıdan çox əlbəttə ki, Qurban Qurbanov görür. Qurban Qur­banov sosial şəbəkə istifadə­çilərindən, ona ağıl verənlərdən qat-qat artıq bilir çatışmazlığı. İnanırıq ki, komandanın forma­laşması, yeniləşməsi dövrü də rahat keçəcək və “Qarabağ” həmişə olduğu kimi, bizi sevin­dirəcək. 

Qeyd edək ki, “Qarabağ” yo­luna Avropa Liqasında davam edəcək. Komanda 3-cü təsnifat mərhələsində Finlandiya HİK-i ilə üz-üzə gələcək. Ağdam təmsilçi­si ilk oyununu evdə keçirəcək.

Hazırladı: T.RÜSTƏMLİ,“Xalq qəzeti”

Sosial həyat