Dövlət Məşğulluq Agentliyində

post-img

Azad olunmuş ərazilərdə məşğulluq 

Böyük Qayıdış proqramına uyğun olaraq işğaldan azad olunmuş əra­zilərə köçürülən sakinlərin aktiv məş­ğulluğu istiqamətində işlər davam et­dirilir.

Əmək və Əhalinin Sosial Müdafiə­si Nazirliyinin ictimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən bununla bağlı bildiriblər ki, Dövlət Məşğulluq Agentliyi həmin sakinlərin məşğul­luq imkanlarının qiymətləndirilməsi məqsədilə həftə ərzində Laçın rayonu və Ağalı kəndinə köçürüləcək daha 45 ailə ilə görüş keçirib.

Qeyd edilib ki, görülən işlərin da­vamı olaraq artıq Laçına köçürülmüş sakinlərlə də görüşlər davam etdirilib. Agentliyin nümayəndələri Laçına köçü­rülmüş daha 14 ailə ilə söhbət aparıb. Görüşlər zamanı həmin ailələrin üzvləri ilə məşğulluq imkanlarının müəyyən­ləşdirilməsi istiqamətində ilkin söhbət­lər aparılıb. Onların hansı məşğulluq proqramına cəlb olunacaqları müəy­yənləşdirilib. 

Doğma yurdlarına köçürülən sakin­lərin münasib vakansiyalar üzrə işlə təminatı, özünüməşğulluq proqramına cəlb olunmaları, eləcə də sakinlərdən bir qisminin yeni peşələrə yiyələnmələ­ri məqsədilə peşə hazırlığı kurslarının təşkili üzrə tədbirlər davam etdirilir. 

Zaqatalada fərdi təsərrüfatlara baxış 

Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev və Zaqatala Ra­yon İcra Hakimiyyətinin başçısı Mü­bariz Əhmədzadə özünüməşğulluq proqramı çərçivəsində rayon sakinləri Qocayeva Gülşən Rəcəb qızı və Məm­mədov Abdulla İsa oğlunun kiçik təsər­rüfatlarına baxış keçiriblər.

Bildirilib ki, bir müddət əvvəl Gül­şən Qocayeva və Abdulla Məmmədov Dövlət Məşğulluq Agentliyinə şəxsi bizneslərini qurmaq arzusunda olduq­larını bildiriblər. Agentliyin nümayən­dələri ilə görüşlər zamanı onların hansı məşğulluq proqramına cəlb olunacaq­ları müəyyənləşdirilib. Bundan sonra Gülşən Qocayeva “kiçik dərzi sexi”, Abdulla Məmmədov isə “kiçik dəmirçi sexi” biznes ideyaları üzrə özünüməş­ğulluq proqramı çərçivəsində aktivlərlə təmin ediliblər.

Nazirlə görüş zamanı hər iki proq­ram iştirakçısı qayğı ilə əhatə olunduq­larına, kiçik biznes sahələrini yaratma­ları üçün göstərilən dəstəyə görə dövlət başçısına minnətdarlıqlarını bildiriblər. 

Prezident İlham Əliyevin tapşırıqla­rına uyğun olaraq məşğulluq proqram­larının genişləndirilməsi istiqamətində bu ilin ötən dövründə 171 min 600 şəxs aktiv məşğulluq tədbirləri ilə əhatə olu­nub, o cümlədən 6 min 800 nəfər özü­nüməşğulluq proqramına cəlb edilib.

6 ayda 6 mindən çox işsiz peşə öyrənib 

Dövlət Məşğulluq Agentliyi yan­var–iyun aylarında 6 min 113 şəx­si əmək bazarının tələblərinə uyğun peşələr üzrə peşə hazırlığı kurslarına cəlb edib. 

Onlardan 3 min 518 nəfəri üçün Agentliyin Bakı, Gəncə, Göyçay və Naxçıvan peşə hazırlığı mərkəzlərin­də, 2 min 595 nəfəri üçün isə özəl təd­ris müəssisələrində peşə kursları təşkil olunub. 

Verilən məlumata görə, kurslar­da iştirakçılara müxtəlif peşələr üzrə nəzəri və praktiki biliklər tədris olunub. 

Agentlikdən, bildiriblər ki, hazırlıq kurslarını uğurla bitirən müdavimlər­dən 2 min 311 nəfəri müvafiq sahələr üzrə işlə təmin olunub.

Z.BAYRAM, “Xalq qəzeti”





Sosial həyat