Azərbaycan Hərb Tarixi Muzeyində 15 İyun Milli Qurtuluş Gününə həsr olunmuş “Qurtuluşdan zəfərə” adlı tədbir keçirilib.
Tədbirdə Müdafiə Nazirliyinin idarə və müəssisələrinin, hərbi hissələrin, veteran təşkilatlarının, qeyri-hökumət təşkilatlarının və digər idarə-müəssisələrin nümayəndələri iştirak ediblər.
Tədbirdə mövzu ətrafında muzey rəisi, polkovnik Əzizağa Qənizadənin, muzeyin tədqiqatçı-baş elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Vahid İsmayılovun məruzələri və digər çıxışlar dinlənilib.
Qeyd edilib ki, Milli Qurtuluşdan başlanan yol Azərbaycan xalqına Zəfər sevincini yaşadıb. Ümummilli lider Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyevin qətiyyəti, rəşadətli Azərbaycan Ordusunun gücü, qüdrəti, xalqımızın birliyi sayəsində 30 ilin işğalına 44 gündə son qoyulub. Xalqımız məğrur, yenilməz xalq olduğunu dünyaya bir daha nümayiş etdirib.
Sonra Qurtuluş Gününə həsr olunmuş sənədli film nümayiş olunub.
Tədbirin bədii hissəsində hərbi-vətənpərvərlik mövzulu musiqilər səsləndirilib.
Leyla AZAD, “Xalq qəzeti”