Su qıtlığı məhsul itkisidir

post-img

Dünyanın bir çox ölkələrində insanlar quraqlıq və su çatışmazlığından əziyyət çəkirlər. İqlim dəyişikliyinin təsirləri ilə bağlı proqnozlar isə onu göstərir ki, su ehtiyatlarının azalması bundan sonra da davam edəcək. Odur ki, dövlətlə yanaşı, insanlar da su ilə bağlı yanaşmanı dəyişməlidirlər. Gündəlik fəaliyyətdə suyun rasional istifadəsi ilə quraqlıqdan çıxış yolu üçün məsuliyyət göstərilməlidir. Xüsusilə rayonlarda suvarma sularından səmərəli istifadə edilməlidir.

Ağcabədi rayonunda torpaqların suvarılması zamanı su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsi, su təsərrüfatının idarə olunması və bu sahə­də fəaliyyətin əlaqələndirilməsi məqsə­dilə xüsusi qərargah yaradılıb. 

Qərargah hər bir ərazi vahidi üzrə müəyyənləşdirilmiş suvarma qrafikinə ri­ayət olunmasına, mütəmadi şəkildə mo­nitorinqlərin keçirilməsinə, həmçinin əkin sahələrinin vaxtında və normal suvarıl­masına, suvarma suyunun əkin sahələ­rinə ədalətli, ərazilərin ölçülərinə görə, eləcə də növbəlilik prinsipləri əsasında verilməsinə ciddi nəzarət edəcək. Su is­rafçılığına, habelə qrafikin pozulmasına yol verən şəxslər barədə qanunvericiliklə müəyyənləşdirilən tədbirlər görüləcək.

Pünhan ƏFƏNDİYEV,
“Xalq qəzeti”nin bölgə müxbiri

Sosial həyat