İnsan Resursları və İdarəetmə Forumu

post-img

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin ASAN İnnovativ İnkişaf Mərkəzinin (AİİM) təşkilatçılığı ilə Bakıda İnsan Resursları və İdarəetmə Forumu keçirilib. Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə və peşəkar idarəçilik yoluna həsr olunmuş tədbir Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) baş sponsorluğu ilə reallaşdırılıb. 

Forumun əsas məqsədi ən son inkişaf və yeniliklərə diqqət yetirmək, innovativ, işgüzar və səmərəli təcrübələri paylaşmaq, eləcə də peşəkar mühitdə ümumi mövzuları müzakirə etməkdir. 

Öncə Azərbaycan Respubli­kasının Dövlət Himni səsləndirilib. Ümummilli lider Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edi­lib və videoçarx nümayiş etdirilib. 

ASAN İnnovativ İnkişaf Mərkə­zinin təqdimatından sonra tədbirin açılış sessiyasında Azərbaycan Respublikasının Prezidenti yanın­da Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agent­liyinin sədri Ülvi Mehdiyev, elm və təhsil naziri Emin Əmrullayev, Dövlət İmtahan Mərkəzinin Di­rektorlar Şurasının sədri Məleykə Abbaszadə və əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Əliyev çıxış ediblər. 

ASAN İnnovativ İnkişaf Mərkəzi ilə “Pozitum Konsultasiya, Təlim və Kouçinq Mərkəzi” arasında birgə təlimlərin keçirilməsinə dair əmək­daşlıq Memorandumu imzalanıb.

Forumda 10 xarici, 6 yerli idarəçi ekspertin iştirakı ilə “Li­derlik vizyonu, innovativ inkişaf və strategiyanın icra edilməsi”, “Kouçvari yeni nəsil idarəetmə, loyallıq və motivasiya” və “DATA mərkəzli rəqəmsal İR idarəetməsi, OKR” mövzularında panel müza­kirələr təşkil olunub. Müzakirələr­də idarəetmənin ən son trendlərin­dən, müasir dövrün tələblərindən və inkişaf yönümlərindən danışı­lacaq, innovativ yanaşmalara və qlobal səriştələrə çağırışlar edilib. 

Bütün iştirakçılara AİİM-in və Boğaziçi Universitetinin İnnovasi­yalar Mərkəzinin birgə sertifikatı verilib.

Ümumilikdə forumda 300-dən çox müxtəlif dövlət və özəl müəs­sisəsində çalışan işgüzar şəxslər, insan resursları üzrə peşəkarlar, mütəxəssislər və idarəçilərdən ibarət 500-ə yaxın şəxs iştirak edib

Sosial həyat