Akademik Zərifə Əliyevanın 100 illik yubileyinə həsr edilmiş tədbir

post-img

Səhiyyə Nazirliyi, İctimai Səhiyyə və İslahatlar Mərkəzinin təşkilatçılığı ilə Gənc Tamaşaçılar Teatrında akademik Zərifə Əliyevanın 100 illik yubileyinə həsr olunmuş təntənəli tədbir keçirilib.

Tədbir iştirakçıları əvvəlcə teatrın foyesində akademik Zərifə Əliyevanın həyat və fəaliyyətini əks etdirən fotosər­gi ilə tanış olublar.

Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzinin (İSİM) direktoru Qəhrəman Haqverdiyev görkəmli alimin əzmkar və fədakar fəaliyyətini vurğula­yıb: “Zərifə xanım insanları traxoma adlı dəhşətli xəstəlikdən xilas etmək üçün ölkəmizdə göz xəstəliklərinin geniş ya­yıldığı rayonlara gedib, əhali arasında tibbi maarifləndirmə aparıb, bölgələrdə oftalmoloqlarla görüşüb, uğurlu müalicə metodları, profilaktika tədbirləri barədə çıxışlar edib və onun bu əzmkar müba­rizəsi uğurla nəticələnib”. 

Çıxışlarda vurğulanıb ki, Zərifə xa­nım Əliyevanı xalqımız sadə və meh­riban, savadlı göz həkimi kimi sevirdi. Təsadüfi deyil ki, ötən əsrdə nümayiş olunan “Göz həkimi” televiziya tama­şası, gözlərə işıq, insanlara həyat bəxş edən oftalmoloqların əzmkar fəaliyyə­ti izləyicilər tərəfindən böyük rəğbətlə qarşılanırdı. 

Sonra İslam Səfərlinin eyniadlı pye­si əsasında hazırlanan “Göz həkimi” ta­maşası Zərifə xanımın xatirəsinə böyük ehtiramla yenidən təqdim edilib.



Sosial həyat