Mina terroru bəşəriyyətə qarşı terrordur

post-img

“Minaların Əleyhinə Azərbaycan Kampaniyası” İctimai Birliyi Horadiz şəhərində “Minalarla çirklənmə və bunun azərbaycanlı məcburi köçkünlərin öz doğma şəhər və kəndlərinə qayıtmasına təsiri” mövzusunda görüş keçirib. 

Görüşdə ANAMA-nın, Ombudsman Aparatının, Birləşmiş Millətlər Təşkilatı İnkişaf Proqramının, Beynəlxalq Qırmı­zı Xaç Komitəsinin, əlaqədar yerli qu­rumların, mina qurbanlarının yaxınları iştirak ediblər.

Məqsəd məcburi köçkünlərin geri qayıtması və onların rifahı ilə bağlı prosesdə mina təhlükəsinin yaratdığı çağırışları və mina terrorunun ağır nə­ticələri barədə hesabatın hazırlanması və beynəlxalq təşkilatlara təqdim edil­məsi olub.

Sonda mina terroru qurbanlarının ailələri adından həm Azərbaycan, həm də beynəlxalq ictimaiyyətə müraciət səsləndirilib. Qeyd olunub ki, beynəlxalq ictimaiyyət Azərbaycandakı mina prob­lemlərinə ciddi yanaşmalı və bu prob­lemin tez zamanda həll olunması üçün Azərbaycana dəstək verilməlidir.

Görüş “LINKS Europe” ilə birlikdə Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramının Azərbaycan nümayəndə­liyinin və Böyük Britaniyanın Bakıdakı səfirliyinin dəstəyi ilə təşkil olunub.

 

“Xalq qəzeti”



Sosial həyat