140 yaşlı sənət məbədi

post-img

Muxtar respublikanın qocaman və şöhrətli sənət ocağının – Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Milli Dram Teatrının 140 yaşı tamam olur. Bu münasibətlə keçirilən yubiley toplantısında muxtar respublika mədəniyyət nazirinin vəzifəsini icra edən Həsən Kərimov Naxçıvan teatrının yaranma tarixi və inkişaf mərhələləri, teatrın təşəkkül tapmasında xidməti olan şəxsiyyətlər barəsində çıxış edib. 

Vurğulanıb ki, ötən dövrdə teat­rın səhnəsində həm Azərbaycan, həm də dünya klassiklərinin əsərləri uğurla səhnələşdirilib, böyük tamaşaçı rəğ­bəti qazanıb. Naxçıvan teatrı, həm də bir məktəb missiyasını ləyaqətlə yerinə yetirərək istedadlı aktyor və rejissor­lar nəsli yetişdirib. Teatr fəaliyyətinə göstərilən yüksək dövlət qayğısı bu sənət ocağının ölkənin qabaqcıl mədə­niyyət kollektivlərindən biri kimi inkişa­fında önəmli rol oynayıb.

Həsən Kərimov Naxçıvan teatrının yaranmasının 140 illik yubileyi müna­sibətilə teatrın kollektivini, bu sahədə çalışan əməkdaşları və teatrsevərləri təbrik edib, kollektivə yeni yaradıcılıq uğurları arzulayıb.

Sonra Naxçıvan teatrının yaran­masının 140 illik yubileyi münasibətilə Azərbaycan dramaturgiyasının banisi Mirzə Fətəli Axundovun “Sərgüzəş­ti-vəziri-xani-Lənkəran” əsəri əsasında səhnələşdirilən eyniadlı yeni tamaşa nümayiş olunub. 

 

H.Səbuhi,
“Xalq qəzeti”



Sosial həyat