Xalqa xidmətə həsr olunmuş ömür

post-img

Mayın 15-də AMEA-nın Mərkəzi Elmi Kitabxanasında Elm və Təhsil Nazirliyinin Riyaziyyat və Mexanika İnstitutunun baş direktoru, AMEA-nın müxbir üzvü Misir Mərdanovun “Heydər Əliyev: Xalqa həsr olunmuş ömür” kitabının təqdimat mərasimi keçirilib.

Tədbiri giriş sözü ilə açan AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli dünya şöhrətli siyasi xadim, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliye­vin 100 illik yubileyinin ölkəmizlə yanaşı, onun hüdudlarından kənarda da təntənə­li şəkildə qeyd olunduğunu diqqətə çat­dırıb. AMEA-da ulu öndərin yubileyi ilə əlaqədar keçirilən silsilə tədbirlər haqqın­da məlumat verən akademik İsa Həbib­bəyli Azərbaycan elmi ictimaiyyətinin bu kimi tədbirlərlə ümummilli lider qarşısın­da mənəvi borclarını yerinə yetirdiklərini deyib. 

Akademiya prezidenti AMEA-nın müxbir üzvü Misir Mərdanovun son 20 illik dövr ərzində Heydər Əliyevə və onun epoxasına həsr olunmuş çoxsaylı kitablar ərsəyə gətirdiyini bildirib, “Heydər Əliyev: Xalqa həsr olunmuş ömür” kitabının əsas xüsusiyyətləri haqqında məlumat verib. 

AMEA rəhbəri əlavə edib ki, bu ki­tab ümummilli liderin müstəqillik uğrun­da mübarizəsini, müstəqillik əldə etmək üçün keçdiyi çətin yolu əyani şəkildə görmək üçün əhəmiyyətli mənbədir. Aka­demik İsa Həbibbəyli AMEA-nın müxbir üzvü Misir Mərdanovun kitabda öz mü­şahidələri əsasında yeni faktları, simaları və əhvalatları, eləcə də hadisə iştirakçıla­rının fikirlərini təqdim etdiyini vurğulayıb və əsəri yüksək qiymətləndirib. 

Daha sonra Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar çıxış edərək “Heydər Əliyev İli”ndə Prezident İlham Əliyevin ulu öndərin 100 illik yubi­leyini məhz tarixi zəfərimizin tacı olan Şu­şada qeyd etməsinin, oradan xalqa mü­raciət etməsinin əhəmiyyətinə toxunub.

O, Heydər Əliyev haqqında yazılmış əsərlər arasında bu görkəmli şəxsiyyəti şəxsən tanıyan, onunla yaxından təmas­da olanların təqdim etdiyi faktların tarixi həqiqətlərin gələcək nəsillərə dəqiqliklə ötürülməsi baxımından önəmini qeyd edib. 

Tədbirdə Əməkdar elm xadimi, pro­fessor Qəzənfər Paşayev, AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun baş direktoru, akademik Tey­mur Kərimli, Yeni Azərbaycan Partiyası­nın (YAP) Ağsaqqallar Şurasının sədri Arif Rəhimzadə, Azərbaycan Dövlət Pe­daqoji Universitetinin İbtidai təhsilin pe­daqogikası kafedrasının müdiri, pedaqoji elmlər doktoru, professor Fərrux Rüstə­mov, Azərbaycanda Atatürk Mərkəzinin direktoru, Milli Məclisin deputatı, akade­mik Nizami Cəfərov, Elm və Təhsil Na­zirliyinin akademik Y.H.Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun baş direktoru, akademik Vaqif Abbasov dünya şöhrətli siyasətçinin tarixdəki rolu, xalqımız və dövlətimiz qarşısında misil­siz xidmətləri, respublikamızın hərtərəfli inkişafına hesablanmış müdrik və uzaq­görən siyasəti barədə danışıblar. 

Sonda kitabın müəllifi, AMEA-nın müxbir üzvü Misir Mərdanov ulu öndər Heydər Əliyevlə bağlı unudulmaz xa­tirələrini bölüşüb. O, kitabın məziyyətləri haqqında danışaraq, nəşrin ərsəyə gəl­məsində əməyi olanlara və tədbir iştirak­çılarına minnətdarlığını bildirib. 

 

Qabil YUSİFOĞLU, “Xalq qəzeti”

Sosial həyat