Qəbələ şəhid oğlunu dərin ehtiramla son mənzilə yola saldı

post-img

Xəbər verildiyi kimi, mayın 12-də axşam saatlarında Ermənistan silahlı qüvvələrinin növbəti sərhəd təxribatı nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçusu Qarayev Məhəmməd Mahir oğlu şəhid olub.

Şəhidin Azərbaycan bayrağı ilə örtülmüş cənazəsi Qəbələ şəhərinə ailəsinin yaşadığı evə gətirildi. Burada keçirilən ümumrayon vida mərasimin­də Məhəmməd Qarayevin ailə üzvlə­ri, yaxınları ilə yanaşı, yüksək rütbəli hərbçilər, xidmət yoldaşları, rayon rəh­bərliyi, ictimaiyyət nümyəndələri iştirak edirdilər. Çıxış edənlər şəhidin torpaq­larımızın düşmən hücumundan qorun­ması zamanı döyüşdə həlak olmasını vətənpərvərlik və igidlik nümunəsi kimi dəyərləndirdilər, xalqımıza, doğulduğu Qəbələyə və onu böyüdən ailəyə şərəf, başucalığı gətirdiyiyini vurğuladılar.

Mərasimin sonunda müqədəs Qu­ran surəsi səsləndi, şəhidin ruhuna dualar oxundu. Məhəmməd Qarayevin cənazəsinin büküldüyü Azərbaycan Bayrağı onun atasına təqdim olundu. 

Sonra Vətənin sonuncu şəhidinin cənazəsi Qəbələ şəhər qəbiristanlığın­da torpağa tapşırıldı.

2001-ci ildə anadan olmuş Məhəm­məd Qarayev ailənin tək oğlu idi, ali təhsil almışdı. O, hərbi xidmətinin bit­məsinə 49 gün qalmış düşmən hücu­munun dəf edilməsi zamanı şəhidlik zirvəsinə yüksəldi.

 

İlqar HƏSƏNOV,

“Xalq qəzeti”nin bölgə müxbiri

Qəbələ

Sosial həyat