FHN əhaliyə müraciət etdi

post-img

Fövqəladə Hallar Nazirliyinin Nüvə və Radioloji Fəaliyyətin Tənzimlənməsi üzrə Dövlət Agentliyi səlahiyyətlərinə uyğun ölkədə nüvə və radioloji fəaliyyət sahəsində təhlükəsizliyin təmin edilməsi məqsədilə zəruri tədbirlərin görülməsini davam etdirir. Yoxlamalar zamanı bəzi tibb müəssisələrində rentgen müayinələrinin qeyri-qanuni həyata keçirildiyi aşkarlanıb. 

Bu isə ciddi pozuntu olmaqla, insan həyatı və sağlamlığı üçün təhlükə mənbəyidir. Agent­lik tərəfindən pozuntular aşkar olunmuş belə müəssisələr barəsində qanunvericiliyə uyğun sərt tədbirlərin görülməsi təmin edilir.

FHN əhaliyə müraciət edərək rentgen müa­yinələri üçün yalnız “xüsusi icazə”si olan tibb müəssisələrinə müraciət edilməsini tövsiyə edir. Onların siyahısı Nazirliyin rəsmi interne­tində yerləşdirilib: (https://www.fhn.gov.az/in­dex.php?aze/news/xeber/1/1/1/1000)

Sosial həyat