Mayın 12-də Vyanada Azərbaycan səfirliyinin binasında ümummilli lider Heydər Əliyevin büstünün açılışı olub.
Azərbaycanın Avstriyadakı səfiri Rövşən Sadıqbəyli Heydər Əliyevin həyatı və siyasi fəaliyyəti barədə məlumat verib. Rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Cavid Qurbanov çıxışında Heydər Əliyev ilə xatirələrindən, onunla görüşlərdəki təəssüratlardan bəhs edib.
Milli Məclisin deputatı, Azərbaycan-Avstriya parlamentlərarası işçi qrupunun rəhbəri Tahir Mirkişili qeyd edib ki, bu gün möhkəm dövlətçilik ənənələri üzərində dayanan Azərbaycan, dövlət başçısı İlham Əliyevin rəhbərliyi altında dünya ölkələri ilə münasibətlərini dostluq, həmrəylik və birlik üzərində inkişaf etdirir.
Ağ mərmərdən hazırlanmış və postamentində ulu öndərin imzası yer alan büstün müəllifi gənc heykəltəraş Orxan Nəbizadədir.
“Xalq qəzeti”


