Əsrin dahisi, tarix yaradan insan

post-img

Müstəqil Azərbaycanın memarı və qurucusu, görkəmli dövlət xadimi, dahi şəxsiyyət, xalqımızın ümummilli lideri Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə Gəncə şəhərində təşkil edilən tədbirlər çərçivəsində Gəncə Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə Dövlət Filarmoniyasında yubiley mərasimi keçirilib. 

Toplantıda Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, Türkiyənin və Gürcüs­tanın Gəncədəki baş konsulları Recep Öztop, Nikolos İaşvili, Quru Qoşunların komandanı, ge­neral-mayor Ənvər Əfəndiyev, şəhərdə fəaliyyət göstərən idarə, müəssisə, təşkilat rəhbərləri, zi­yalılar, ictimaiyyət və media nümayəndələri işçiləri iştirak ediblər.

Əvvəlcə iştirakçılar ulu öndər Heydər Əliyevin Gəncə şəhərinin Baş meydanında ucaldılan abidə­sini ziyarət edib, önünə tər güllər düzüblər, xatirə­sinə dərin ehtiram ifadə ediblər. 

Daha sonra Niyazi Bayramov ümummilli lider Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi döv­rlərdəlki fəaliyyəti ilə bağlı məruzə ilə çıxış edib. O qeyd edib ki, ulu öndər tarixi şəxsiyyət olmaqla ya­naşı, məhz tarix yaradan şəxsiyyətdir! Onun yarat­dığı tarix 50 milyondan artıq azərbaycanlının qürur mənbəyidir. Heydər Əliyevin bioqrafiyası ilə Azər­baycan tarixi biri-birini tamamlayır. Ulu öndər Hey­dər Əliyevin doğum günü də tariximizin ən parlaq məqamlarındandır. Bu baxımdan ümummilli liderin 100 illik yubileyi ilə bağlı silsilə tədbirlər kütləvi xa­rakter daşıyır.

Niyazi Bayramov daha sonra deyib: "Ulu ön­dərin siyasi kursunun layiqli davamçısı olan Pre­zident, müzəffər Ali Baş Komandan İlham Əliyev Azərbaycanı böyük uğurlara çatdırmaqla ata vəsiy­yətini layiqincə yerinə yetirib. Xalqımız ulu öndər Heydər Əliyevin əziz xatirəsini həmişə uca tutur və minnətdarlıqla anır. Müstəqil Azərbaycan ulu öndə­rin indiki və gələcək nəsillərə əmanəti, onun zən­gin və çoxşaxəli irsi isə xalqımızın milli sərvətidir. Bu gün dahi öndərimiz aramızda olmasa da, onun yaratdığı dövlətçilik fəlsəfəsi hər gün bizimlə qoşa, hətta bizdən öndə addımlayır, yaşayır, yaşadılır". 

Sonra ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr olunan "Əsrin adamı" adlı film nümayiş olunub.

Rəsmi hissədən sonra Azərbaycan Milli Elmlər Akakdemiyasının Gəncə Bölməsi tərəfindən nəşr olunan "Heydər Əliyev və Gəncə" adlı monoqrafiya təqdim olunub. Nəfis tərtibatda nəşr olunan kitabda Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi döv­lərdə Gəncəyə səfərləri barədə məlumat, elm, təh­sil, səhiyyə və mədəniyyət xadimlərinin ulu öndərlə bağlı xatirələri yer alıb.

 

Hamlet QASIMOV,
“Xalq qəzeti”nin bölgə müxbiri 

Gəncə

Sosial həyat