Gəncə avtomobil zavodu ulu öndərin yadigarıdır

post-img

Gəncə Avtomobil Zavodu İstehsalat Birliyində ümummilli lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş konfrans keçirilib. Tədbir Azərbaycanın Dövlət Himninin səsləndirilməsindən sonra dahi şəxsiyyət Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canından keçən şəhidlərimizin ruhunun bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Konfransı giriş sözü ilə açan birliyin direktoru Bağban Nəbiyev ulu öndərin həyat və fəaliyyətin­dən, onun Azərbaycanda sənayenin, elmin, təh­silin, səhiyyənin və digər səhələrin inkişafındakı rolundan danışmışıb.

Qeyd olunub ki, Gəncənin Azərbaycanın ikin­ci sənaye şəhərinə çevrilməsi birbaşa ümummilli lider Heydər Əliyevin uzaqgörən siyasətinin nəti­cəsi idi. O illərdə avtomobil, çini qablar, “Büllür’’ zavodları, qənnadı fabriki, xalça kombinatı və di­gər böyük istehsal gücü olan müəssisələr Heydər Əliyevin təşəbbüsü və köməyi ilə Gəncədə fəaliy­yətə başlamışdır. Avtomobil zavodunun Azərbay­cana salınmasına mane olan qüvvələr vardı və bu işdə ermənilər də xüsusi canfəşanlıq göstərir­dilər. Amma ulu öndərin Siyasi büroda və keçmiş ittifaqda olan nüfuzu buna imkan vermədi və o, bütün maneələrə baxmayaraq zavodun Gəncəyə salınmasına nail oldu. 80-ci illərin sonları və 90-cı illərin əvvəlləri məlum hadisələr nəticəsində müəssisənin tikintisi yarımçıq qalsa da 2004-cü ildə müzəffər Ali Baş Komandan İlham Əliyev ümum­milli liderin bu arzusunu reallaşdırdı və bu gün Gəncə avtomobil zavodu Azərbaycanın avtomo­bil sənayesinin flaqmanıdır.

Konfransda birliyin mətbuat katibi Məqsəd Rəhimov çıxış edərək deyib ki, ulu öndər Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrlərdə ölkəmiz nəzərəçarpacaq dərəcədə inkişaf etmiş, dünya ölkələri sırasında tanınmağa başlamışdır.

Digər çıxış edənlər də vurğulayıblar ki, ölkə­mizin hərtərəfli inkişafı üçün ümummilli liderimi­zin hazırladığı və dövlətimizin başçısı tərəfindən hazırda inamla inkişaf etdirilən srateji istiqamətlər müstəqil dövlətimizin daha da möhkəmləndirilmə­si və gücləndirilməsi, iqtisadi qüdrətinin artırılma­sı, xalqımızın rifah səviyyəsinin daha da yüksəl­dilməsi işinə xidmət edir.

Konfransın sonunda dahi şəxsiyyət Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Hey­dər Əliyev Gəncə avtomobil zavodunun yaradıcı­sıdır” adlı sənədli filmin nümayişi olub.

 

H.ZEYNALOĞLU,
“Xalq qəzeti”nin bölgə müxbiri

Sosial həyat