Gürcüstanda yaşayan soydaşlarımız ulu öndərin xatirəsini ehtiramla anıblar

post-img

Gürcüstanın müxtəlif bölgələrində yaşayan soydaşlarımız mayın 10-da paytaxt Tbilisiyə gələrək ulu öndər Heydər Əliyevin xatirəsini ehtiramla anıblar.

Marneulidəki “Azər­baycan Evi”nin, “Gür­cüstan Azərbaycan­lılarının İnteqrasiya Mərkəzi”nin, “Alyans Gənclər Mərkəzi”nin, “Qanun” Hüquqi Yar­dım Mərkəzinin, “Tea House”, Bolnisidəki “Qafqaz Hüquq və İn­teqrasiya Mərkəzi”­nin və Dmanisi Təd­ris Mərkəzinin rəhbər heyəti, eləcə də Gür­cüstanda səfərdə olan Diasporla İş üzrə Dövlət Komitəsinin əməkdaşları Tbilisidəki Heydər Əliyev Parkında ümummilli liderin abidəsini zi­yarət edib, büstün önünə gül dəstələri düzüblər.

“Azərbaycan Evi”nin direktoru Məhəbbət İmanov dünya azərbay­canlılarının ümummilli lideri, müstəqil Azərbaycanın memarı Heydər Əliyevin həyat və fəaliyyəti, şərəfli ömür yolunun məhz Azərbaycan xalqına, dövlətinə həsr etdiyini bildirib.

Məhəbbət İmanov bildirib ki, Azər­baycan xalqı və dünya azərbaycanlıları var olduqca, ulu öndər Heydər Əliyev daima qəlblərdə əbədiyaşar liderimiz kimi yaşayacaq. Onun banisi olduğu müasir Azərbaycan bu gün bütöv, su­veren və müstəqil dünyada və regionda söz sahibinə çevrilib.

Sosial həyat