Şəmkirdə qazlaşdırılmayan yaşayış massivi qalmayacaq…

post-img

         Ölkə prezidentinin regionların sosial-iqtisadi inkişafına, abadlıq-quruculuq işlərinin aparılmasına göstərdiyi qayğı sayəsində bu gün Şəmkir rayonunda davamlı olaraq infrastruktur və sosial layihələr icra edilir.

         Belə işlərdən biri də “Azəriqaz” İstehsalat Birliyi tərəfindən Şəmkir rayonunun yaşayış məntəqələrinin qazlaşdırılması, habelə qaz təchizatı sisteminin yenidən qurulması ilə bağlıdır. Tezliklə Şəmkirdə bir dənə də olsun yaşayış massivi qalmayacaq. 

         Hazırda rayonun Aşağı Seyfəli kəndində yeni salınmış yaşayış massivinin qazlaşdırılması işləri həyata keçirilir. Bütövlükdə 300 abonentin məskunlaşdığı bu yaşayış massivinin qazlaşdırılması zamanı ümumi uzunluğu 4min 161 metr küçə və 7min 767 metr daxili qaz xətlərinin çəkilməsi, eyni zamanda 300 ədəd qaz sayğacının quraşdırılması nəzərdə tutulur. Layihə qısa zamanda yekunlaşacaq və sakinlər mavi yanacaqla təmin olunacaqlar.

 

                      Hamlet Qasımov, 

“Xalq qəzeti”nin bölgə müxbiri,
Şəmkir

 





Sosial həyat