Ulu öndərin həyatı xalqa xidmət örnəyidir

post-img

Naxçıvan Şəhər İcra Hakimiyyətində “Ulu öndər Heydər Əliyev və Azərbaycanda milli intibah dövrü” mövzusunda konfrans keçirilib.

Məclisi giriş sözü ilə açan Naxçıvan şəhər icra hakimiyyəti başçısının müa­vini Təhminə Mustafayeva bildirib ki, ümummilli Heydər Əliyev Azərbaycanın müstəqilliyinin bərpası dönəmi və ona qə­dərki dövrdə bir rəhbərin öz xalqı və döv­ləti üçün edə biləcəyinin hamısını gerçək­ləşdirib. Bu baxımdan, Heydər Əliyev və Azərbaycan mövzusu tükənməz tədqiqat obyekti olaraq hər zaman öyrəniləcək. Ulu öndərin anadan olmasının 100 illiyi ilə bağlı ölkəmizdə elan olunmuş Heydər Əliyev ili bu zəngin irsin xalqımıza və dün­yaya çatdırılmasında önəmli bir mərhələ təşkil edir.

Daha sonra qeyd edilib ki, bu gün se­vimli rəhbərin şah əsəri və xalqımıza ən böyük mirası olan müasir müstəqil Azər­baycan dövləti onun əbədiyaşar ideyaları əsasında möhtəşəm nailiyyətlər qaza­nır. Bu uğurlar xalqımızın dünəninin, bu gününün və gələcəyinin Heydər Əliyev ideyaları ilə bağlı olduğunu bir daha təsdiqləyir. Xalqımızın xilaskar oğlunun Naxçıvanın taleyində oynadığı xilaskar­lıq rolu isə muxtar diyarda daim sonsuz minnətdarlıqla xatırlanır.

Konfransda Naxçıvan Dövlət Universi­tetinin prorektoru Arzu Abdullayev və ka­fedra müdiri Şamxal Məmmədov Heydər Əliyev yolunun alternativsizliyini vurğula­yıblar, bu siyasəti ölkə Prezidenti İlham Əliyevin uğurla davam etdirdiyini, nəticə­də, Azərbaycanın regionun ən güclü döv­lətinə çevrildiyini söyləyiblər. 

Yubiley mərasimində ümummilli lider Heydər Əliyevin xalqa xidmət örnəyi olan şərəfli həyat yolunu əks etdirən videoma­terial nümayiş olunub.

 

Səbuhi HƏSƏNOV

Naxçıvan

Sosial həyat