Rusiyada ümummilli liderin 100 illik yubileyinə poçt markası buraxılıb

post-img

Moskva şəhərində ulu öndər Heydər Əliyevin 100 illik yubileyi münasibətilə Rusiya Federasiyasının dövriyyəyə buraxdığı poçt markasının rəsmi möhürlənmə mərasimi təşkil olunub.

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən bildirilib ki, markanın möhürlənməsi Azərbaycan Respublikasının rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev və Rusiya Federasiyası Prezidentinin köməkçisi İqor Levitin tərəfindən həyata keçirilib. Poçt markasının üzərində Azərbaycan Res­publikasının dövlət bayrağı fonunda ümummilli liderin portreti təsvir edilib.

Qeyd edək ki, poçt markasından əlavə bu mövzuda Birin­ci gün zərfləri nəşr olunub.

“Xalq qəzeti”

Son xəbərlər