Müstəqil Azərbaycan dövləti ulu öndər Heydər Əliyevin bizlərə və gələcək nəsillərə əmanətidir

post-img

Məlum olduğu kimi, bu il Azərbaycan xalqının ümummilli lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin anadan olmasının 100 ili tamam olur. Müstəsna xidmətləri ilə əbədilik qazanan ümummilli lider Heydər Əliyevin mənalı həyat yolu, zəngin və çoxşaxəli irsi tükənməz ibrət məktəbidir. Ötən illərə nəzər salarkən Azərbaycan xalqının öz müdrik liderinin rəhbərliyi ilə qazandığı mühüm tarixi nailiyyətlərin bir daha şahidi oluruq. 

Azərbaycan tarixində intibah döv­rü və milli şüurun oyanışı Heydər Əliyevin hakimiyyətə gəlişi ilə başla­yıb, müstəqilliyimiz məhz əbədiyaşar liderimizin sayəsində əbədi və dön­məz xarakter alıb. Dövrünün ən nü­fuzlu siyasətçisi olan Heydər Əliyev Azərbaycanın dünyada tanıdılması və ölkəmizin beynəlxalq münasibətlər sistemində layiqli mövqe qazanması istiqamətində məqsədyönlü iş aparıb. Ermənistan–Azərbaycan münaqişəsi­nin beynəlxalq hüququn norma və prin­siplərinə əsasən həll olunması məqsə­dilə bütün qüvvələri səfərbər edən ümummilli lider tarixi ədalətin bərpası üçün fədakarlıqla çalışıb, yüksək əzm­karlıq göstərib. Ulu öndərin memarı ol­duğu güclü Azərbaycan dövləti Müzəf­fər Ali Baş Komandanın rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində parlaq Qələbə qazanmaqla ərazi bütövlüyünü bərpa etməyə müvəffəq olduğunu bü­tün dünyaya sübut etdi.

Müstəqil Azərbaycan dövləti Hey­dər Əliyevin bizlərə və gələcək nəsil­lərə əmanətidir. Müstəqilliyimizi və ulu öndərin miras qoyduğu zəngin irsi göz bəbəyi kimi qorumaq hər birimizin ən ümdə vəzifəsidir. Dünya Azərbaycan­lıları ümummilli liderin əziz xatirəsini daim uca tutur və minnətdarlıqla yad edir. 

Ulu öndər Heydər Əliyevin rəhbər­liyi altında uzun müddət işləməyim, eləcə də onunla şəxsi tanışlığım mə­nim üçün böyük şərəf və qürurdur. 10 may – ümummilli liderin doğum günü ərəfəsində fürsətdən istifadə edərək daim xatirələrimdə yaşayan ən mühüm məqamları bölüşmək istərdim. Hər bir xalqın, dövlətin inkişafında dahi şəxsiy­yətlərin, siyasi liderlərin rolu danılmaz­dır. Azərbaycan xalqı xoşbəxtdir ki, onun taleyində əsaslı dönüş yaradan, müstəqilliyi itirmək təhlükəsindən xi­las edən, dövlətçiliyi əbədi və dönməz edən Heydər Əliyev kimi dahi rəhbəri olub. “Doğma, canım-varlığım qədər sevdiyim Azərbaycanım mənim qiblə­gahımdır. Bütün şüurlu ömrümü onun inkişafına, tərəqqisinə həsr etmişəm” deyən dahi şəxsiyyət qüsursuz, aydın və dolğun çıxışları ilə həm də ustad bir müəllim idi. Hələ Moskvada xüsusi orta milis məktəbində təhsil aldığım il­lərdə Heydər Əliyevin çıxışlarını izləyir, hətta imtahan verərkən onun fikirlə­rindən sitatlar gətirirdim. Yaxşı yadım­dadır ki, elə həmin dövrdə də bütün SSRİ-də Heydər Əliyev şəxsiyyətinə böyük maraq vardı. Hər kəs onun iti zəkasına, idarəçilik məharətinə həsəd aparır, barəsində çox müsbət fikirlər səsləndirirdi. O illərdə bütün azərbay­canlı gənclər kimi, mənim də Heydər Əliyevə xüsusi rəğbətim vardı. Sonrakı illərdə mənə ümummilli liderlə şəxsən tanış olmaq və onun müdrik rəhbərliyi altında çalışmaq imkanı nəsib oldu.

Sovet rəhbərliyi tərəfindən 1990-cı ilin yanvarında Bakıda xalqımıza qarşı faciə törədildiyi ən ağır vaxtda Heydər Əliyev həyatını böyük təhlükə altına qo­yub Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək mətbuat kon­fransı keçirdi və 20 Yanvar faciəsinə siyasi qiymət verdi. Ulu öndər SSRİ və respublika rəhbərliyinin hüquqazidd əməllərini ifşa etdi. Tarixin məsuliyyət­li və çətin dövründə xalqı ilə olmağı, onun haqq səsini dünyaya çatdırmağı vacib bilən ümummilli lider həmin ilin iyulunda Bakıya qayıtdı. Azərbaycan tarixinin və dövlətçiliyimizin ağır günlə­rində, həyatı boyu qəlbi Vətən və xalqı ilə döyünən dahi şəxsiyyət bir daha əsl vətənpərvər kimi qətiyyət göstərdi. Həmin günlərin və görüşlərin iştirakçısı kimi ulu öndərimizlə ilk tanışlığımız ya­randı. Məlum olduğu kimi, həmin döv­rdə ölkədə vəziyyət olduqca ziddiyyətli və gərgin idi. Müəyyən siyasi qüvvələr vəziyyətdən sui-istifadə edirdi və pro­seslər, demək olar ki, idarə olunmaz hala çatmışdı. Təbiətən çox təmkinli olsa da, baş verən haqsızlıqlara qarşı barışmaz mövqedə dayanan və kritik dönəmdə xalqın yanında olmağa qə­rar verən ulu öndər özünün həyat fəl­səfəsini belə izah edirdi: “Mənim həyat amalım bütün varlığım qədər sevdiyim Azərbaycan xalqına, dövlətçiliyimizə, ölkəmizin iqtisadi, siyasi, mənəvi in­kişafına xidmət olub. Bu yolda bütün gücümü və iradəmi yalnız müdrik və qədirbilən xalqımdan almışam. Ən çə­tin anlarda, ən mürəkkəb vəziyyətlərdə yalnız və yalnız xalqıma arxalanmı­şam. Bu da mənə dözüm, iradə verib və bütün uğurlarımı təmin edib”.

O zaman Azərbaycanla nəqliy­yat-kommunikasiya əlaqələrinin kəsil­diyi, iqtisadi və siyasi böhranın dərin­ləşdiyi Naxçıvanda təxribatlar baş alıb gedirdi. Sərhədyanı kəndlər ermənilə­rin mütəmadi hücumlarına məruz qalır və qarət olunurdu. Belə bir çətin du­rumda xalqın böyük ümid və ruh yük­səkliyi ilə gözlədiyi Heydər Əliyev Bakı­dan blokada şəraitində olan Naxçıvana getdi və yekdilliklə muxtar respublika­nın Ali Məclisinin sədri seçildi. Ulu ön­dər Naxçıvan Muxtar Respublikasının rəhbəri olduğu illərdə Azərbaycanın ərazi bütövlüyünün təmin olunması üçün mühüm qərarlar qəbul etdi. Hey­dər Əliyevin Naxçıvan Muxtar Respub­likasında region dövlətləri ilə əlaqələr yaratması və xalqı öz ətrafında bir­ləşdirərək erməni təcavüzünə qarşı müqavimət hərəkatına bacarıqla rəh­bərlik etməsi mürəkkəb hərbi-siyasi şə­raitdə Naxçıvanı işğaldan qorudu. Mən həmin günləri çox yaxşı xatırlayıram. O illərdə dəfələrlə Bakıdan Naxçıvana ulu öndərin yanına gedir, ölkədə gedən siyasi proseslər barədə fikir mübadiləsi aparır və dəyərli məsləhətlər alırdım. Mən çox xoşbəxt insanam ki, ümum­milli liderin rəhbərliyi altında uzun illər məsul vəzifədə çalışmışam və bu gün də onun layiqli davamçısı Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qü­vvələrin müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında çalışı­ram. 

XX əsrin sonlarında yenidən müstəqillik qazanan dövlətimiz qısa müddətdən sonra onun itirilməsi təh­lükəsi ilə üzləşdi. 1993-cü ilin iyununda ölkədə hakimiyyət böhranı kulminasiya həddinə çatdı, xaos və anarxiya res­publikanı bürüdü. Vətəndaş müharibə­si dərəcəsinə çatdırılmış qarşıdurma dövlət müstəqilliyimizi itirmək təhlükə­si yaratdı. Həmin dövrdə hüquq-mü­hafizə orqanlarında çalışdığımdan hadisələrin yaxından iştirakçısı kimi deyə bilərəm ki, bütün bunlar liderlik xüsusiyyətlərinə malik olmayan, siya­si hadisələrə qiymət vermək, gələcəyi görmək bacarığından məhrum olan, adi vəziyyətdən belə çıxış yolu tapma­ğa qadir olmayan şəxslərin ölkəyə rəh­bərlik etməsinə görə baş verirdi. Pro­sesləri düzgün qiymətləndirə və lazımi məcraya yönəldə bilməyən hakimiyyət əhali arasında nüfuzunu gündən-günə itirirdi.

Ermənistan silahlı qüvvələri tərə­findən Azərbaycan torpaqlarının işğalı, gərginləşən siyasi vəziyyət, əhalinin acınacaqlı sosial durumu şəraitində ölkəmizi bu bəlalardan xilas edə bilə­cək, xalqı öz arxasınca aparmağa qadir olan liderə və şəxsiyyətə cid­di ehtiyac yaranmışdı. Azərbaycan xalqı əmin idi ki, müstəqilliyini yenicə bərpa etmiş ölkəni düşdüyü ağır və dözülməz vəziyyətdən çıxarmağa qa­dir yeganə şəxsiyyət məhz HeydərƏliyevdir. Beləliklə, 1993-cü ilin iyu­nunda ulu öndər Heydər Əliyev xalqın təkidli çağırışlarına səs verərək Bakıya qayıtdı. Həmin tarixi anların iştirakçısı kimi deyə bilərəm ki, bu qayıdış, sözün əsl mənasında, ölkəmizin taleyində dönüş nöqtəsi oldu. İyunun 15-də ulu öndər Heydər Əliyev Azərbaycan Ali Sovetinin sədri seçildi və xalqın qurtu­luşu missiyasını cəsarətlə öz üzərinə götürdü. Tarixə nəzər salsaq görərik ki, xalqların tarixində elə günlər vardır ki, həmin günlərdə onun gələcəyini müəy­yən edən təməllərin əsası qoyulub. Bu tarix isə Azərbaycanın müstəqilliyinin qorunub saxlanılmasında, möhkəm­lənməsində və inkişafında müstəsna rol oynayan ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır.

“Mənim həyatım da, fəaliyyətim də yalnız və yalnız Azərbaycanın müstəqil­liyinin qorunub saxlanılmasına, ölkə­mizin bu ağır vəziyyətdən çıxmasına həsr olunacaqdır”, – deyən ümummilli lider ölkədə vətəndaş həmrəyliyinin və sabitliyin bərqərar olunmasını təmin edə bildi. Heydər Əliyev Azərbaycanın müstəqilliyini qorudu, respublikada icti­mai-siyasi böhranı aradan qaldırdı və inkişafın təməlini qoydu.

Burada bir məqamı xüsusilə vur­ğulamaq istərdim. Umutmamalıyıq ki, bütün bunlar asanlıqla başa gəlməmiş­dir. Ölkədəki hərc-mərcliyin və anarxi­yanın qarşısını almaq böyük cəsarət və gərgin iş tələb edirdi. Müstəqilliyin bərpasından sonra ölkəyə rəhbər­lik etmiş şəxslər yarıtmaz əməlləri ilə bütün sahələrdə ciddi problemlər ya­ratmış, ölkəni dağılmaq təhlükəsi ilə qarşı-qarşıya qoymuşdular. Əhali ara­sında sosial narazılıqlar son həddə çatmışdı. Uzun illər ərzində cinayət-ax­tarış strukturlarında müxtəlif vəzifələr­də çalışdığımdan vəziyyətə yaxından bələd olduğum üçün deyə bilərəm ki, ölkədə kriminogen vəziyyət nəzarət­dən çıxmışdı, cinayət əməlləri baş alıb gedirdi. Dövlətinə və xalqına bağlı olan milli kadrların bir çoxu mənim kimi si­yasi əqidəsinə görə təqiblərə məruz qalmış və həmin illərdə hüquq-müha­fizə orqanlarından xaric olunmuşdu­lar. Ölkədə siyasi sabitliyin bərpası, vətəndaş həmrəyliyinin formalaşdırıl­ması, ordu quruculuğu, cinayətkarlıqla mübarizə və sair bu kimi həyati vacib sahələrə peşəkar və sadiq kadrların cəlb olunması və islahatların aparılma­sı böyük çətinliklər yaradırdı. 

Lakin bütün bunlara baxmayaraq, ulu öndərin fədakar zəhməti hesabına ölkədə uzun illər davam edən gərgin­lik və qarşıdurma səngidi, respubli­kamız vətəndaş müharibəsindən və parçalanma təhlükəsindən xilas oldu və Azərbaycan gələcəyə inamla baxan qüdrətli bir dövlətə çevrildi. Xalqın əbə­di sevgisini qazanan ulu öndər Heydər Əliyev daxili və xarici qüvvələrin dövlət çevrilişi, sui-qəsd və təxribat cəhdlə­rinə baxmayaraq, öz həyatı, sağlam­lığı bahasına gecəli-gündüzlü fədakar əməyi hesabına dövlət müstəqilliyimizi yenidən bərqərar etdi. Ümummilli lide­rin şəxsiyyəti, onun siyasi idarəetmə qabiliyyəti, xarizması, qətiyyəti, uzaq­görənliyi böhrana son qoydu. 

Ulu öndər Heydər Əliyevin hakimiy­yətə qayıdışından sonra ölkədə baş vermiş sosial-iqtisadi və siyasi inkişaf dövlətimizin möhkəmlənməsində və beynəlxalq aləmdə xalqımızın strateji mənafelərinin təmin olunmasında həl­ledici rol oynadı. Siyasi müstəqilliyin daha da möhkəmləndirilməsi üçün neft sektoruna xarici sərmayələrin cəlb edil­məsi məqsədilə “Əsrin müqaviləsi” im­zalandı. Nəticədə ölkə iqtisadiyyatına külli miqdarda investisiya yatırılması ilə yanaşı, ən müasir innovasiya və infor­masiya texnologiyalarının gətirilməsi, demokratik proseslərin, hüquqi-siyasi islahatların sürətlənməsi, vətəndaş cəmiyyətinin formalaşması, habelə nü­fuzlu beynəlxalq təşkilatlarla əməkdaş­lığın genişlənməsi təmin olundu. 

Ulu öndər diplomatik yolla 1994-cü ilin may ayında cəbhədə atəşkəsə nail oldu və Milli Ordunun formalaşması, Azərbaycanın milli mənafelərini qo­rumağa qadir olan Silahlı Qüvvələrin yaradılması və torpaqlarımızın müda­fiə edilməsi istiqamətində mühüm ad­dımlar atdı. Bütün gücünü və diqqətini ordu quruculuğuna yönəldən ulu öndər əminliklə bildirirdi ki, işğal altında qa­lan torpaqlarımız gec-tez düşməndən azad olunacaq. Bu, Heydər Əliyevin ən böyük arzusu idi. 

Ulu öndərin siyasi kursunun layiqli davamçısı Azərbaycan Respublikası­nın Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev ümum­milli lider Heydər Əliyevin ideyalarını layiqincə yerinə yetirərək ordu qurucu­luğu sahəsində inamlı islahatlar apardı. Qırx dörd günlük Vətən müharibəsində mükəmməl əks-hücum əməliyyatları ilə torpaqlarımızı işğaldan azad edən Azərbaycan Silahlı Qüvvələri öz qüd­rətini bir daha bütün dünyaya nümayiş etdirdi. Müzəffər Ali Baş Komandan İl­ham Əliyev Şuşanın azad olunması ilə bağlı xalqa müraciətində ata vəsiyyəti­ni yerinə yetirdiyinə görə xoşbəxt oldu­ğunu dilə gətirdi.

Müasir Azərbaycan dövlətinin əbə­diyaşar memarı Heydər Əliyev ide­yalarının sadiq davamçısı Prezidentİlham Əliyev tərəfindən ordu quruculu­ğu sahəsində verilən tapşırıqlar bu gün uğurla həyata keçirilir və ordumuz Ali Baş Komandanımızın əmr və tapşırıq­larını yerinə yetirmək üçün hər an hazır vəziyyətdədir.

 

Məhərrəm ƏLİYEV,
Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Hərbi məsələlər şöbəsinin müdiri

Sosial həyat