Göyçay rayonunda yazlıq əkinlərə başlanılıb. Ümumilikdə, 1030 hektar sahədə yazlıq əkini aparılıb, tərəvəz, kartof, o cümlədən 230 hektar istixana şəraitində yetişdirilən faraş tərəvəz yetişdirilməsi nəzərdə tutulub.
Hazırda istixana şəraitində faraş tərəvəz, həmçinin kartof və bəzi tərəvəz bitkilərinin əkinlərinə başlanılıb.
Yazlıq əkinlərdən 140 hektar sahədə çəltik və 40 hektar sahədə dənlik qarğıdalı bitkisi əkilməsi planlaşdırılıb. Cari ildə yazlıq əkinlərin ümumi sahəsinin 2200 hektardan çox təşkil etməsi nəzərdə tutulub.
Məlumat üçün qeyd edək ki, cari ilin birinci rübündə 4813 nəfər kənd təsərrüfatı məhsulları istehsalçısına dövlət dəstəyi olaraq ümumilikdə 2 milyon 349 min manat pul vəsaiti əkin subsidiyası olaraq onların kart hesabına köçürülüb.
İlqar HƏSƏNOV,
“Xalq qəzeti”nin bölgə müxbiri