Şəhid Fərid Əliyevin adı İçərişəhərdə onun yaşadığı küçəyə verilib

post-img

İçərişəhərdə Vətən müharibəsi şəhidi Fərid Əliyevin adını daşıyan küçənin açılış mərasimi keçirilib.

Mərasimdə Səbail Rayon İcra Hakimiyyətinin başçısı Vuqar Zeynalov, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi İdarə Heyətinin sədri Şahin Seyidzadə, Milli Məclisin deputatı Nigar Arpadarai, YAP Səbail rayon təşkilatının sədri Muxtar Nağıyev, şəhid ailələri və rayon ictimaiyyət nümayəndələri iştirak ediblər.

Səbail Rayon İcra Hakimiyyətindən AZƏRTAC-a verilən məlumata görə, mərasimdə çıxış edənlər Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində ordumuzun qazandığı Qələbədən, tarixi torpaqlarımızın işğaldan azad olunması uğrunda gedən döyüşlərdə əsgərlərin göstərdiyi qəhrəmanlıq və şücaət nümunələrindən, həmin döyüşlərdə qəhrəmancasına həlak olmuş Fərid Əliyevin ömür və döyüş yolundan bəhs olunub.

Şəhidin adını daşıyan küçənin uzunluğu, küçədə yerləşən evlərin və əhalinin sayı barədə iştirakçılara məlumat verilib.

Qeyd edək ki, Vətən müharibəsində şəhid olan Fərid Əliyev döyüşlərdə göstərdiyi igidlik nümunəsinə görə ölümündən sonra 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni, “Cəbrayılın azad olunmasına görə”, "Vətən uğrunda”, “Cəsur döyüşçü” və “Şuşanın azad olunmasına görə” medalları ilə təltif olunub.



Sosial həyat