Həssas qrupa qayğı

post-img

Aprelin 10-da Bakının Ramana, Kürdəxanı qəsə­bələrində, Abşeron, Samux, Yevlax, Biləsuvar, Masallı, Bərdə, Saatlı rayonlarında və Naxçıvan şəhərində şə­hid ailələri və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə daha 50 mənzil və fərdi evin sənədləri təqdim olunub.

Tədbirdə Əmək və Əhali­nin Sosial Müdafiəsi nazirinin müavini Hidayət Abdullayev Prezident İlham Əliyevin tap­şırığına uyğun olaraq şəhid ailələri və müharibə iştirakçıları ilə bağlı genişmiqyaslı sosial dəstək proqramının icra olun­duğunu bildirib. Qeyd edib ki, sosial dəstək paketinin mühüm istiqamətlərindən biri – şə­hid ailələrinin və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərin mənzillə təminatı proqramı İkinci Qarabağ müharibəsin­dən sonra 5 dəfə genişlənib. 2021-ci ilin əvvəlindən İkinci Qarabağ müharibəsi şəhidləri­nin ailələri və həmin müharibə ilə əlaqədar əlilliyi olanlar da mənzillə təmin edilir.

Bildirilib ki, mənzillə təminat tədbirlərinin davamı kimi, bu gün Bakı və bölgələrdə daha həssas qrupdan olanlara 50 mənzil və fərdi ev təqdim edilir. Vətən müharibəsindən sonra 4 min 560, ümumilikdə ötən döv­rdə 13 min 360 mənzil və fərdi ev şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə təqdim edilib. Dövlət başçısının tapşırığı ilə bu il şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə ən azı 1500 mən­zil və fərdi ev verilməsi nəzərdə tutulub.

Zərifə HÜSEYNOVA, “Xalq qəzeti”

Sosial həyat