Yanğın təhlükəsizliyi təlimi

post-img

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti və Dövlət Yanğından Mühafizə xidmətləri Abşeron rayonu, Məmmədli kəndində yerləşən “Məhəmmədli-İnşaat” MTK-ya məxsus çoxmərtəbəli yaşayış kompleksində təlim keçirib.

Təlim “şərti yanğın” həyəcan siqnalı ilə yanğın texnikalarının yaşayış binasına, həmçinin su hovuzuna yaxınlaşa bilməsi və ümumilikdə ərazidəki yanğına qarşı əməliyyat şəraitinin qiymət­ləndirilməsi məqsədilə keçirilib.

Təlim zamanı kompleksdə qəza-işıqlandırma sisteminin ol­madığı, binanın ilkin yanğınsön­dürmə vasitələri ilə tam təmin edilmədiyi, elektrik təsərrüfatının “Elektrik Qurğularının Quraşdı­rılması Qaydaları”nın tələblə­rinə cavab vermədiyi, ərazidə yanar tullantıların toplandığı, o cümlədən zirzəmilərdə taxta və məişət tullantılarının möv­cud olduğu və digər çatışmaz­lıqlar qeydə alınıb.

Qəzənfər QASIMOV, “Xalq qəzeti”

Son xəbərlər