Sürücüsüz avtobuslar dövrü başlayır

post-img

Gələn aydan etibarən dünyada ilk dəfə olaraq sürücüsüz avtobus xidməti fəaliyyətə başlayacaq. Şotlandiyada “Stagecoach” şirkəti tərəfindən həyata keçiriləcək ilk sərnişindaşıma mayın 15-də baş tutacaq. Xəbəri “bbc.com” saytı verib.

Məlumata görə, avtobuslar əvvəl­cədən seçilmiş yollarda saatda 80 ki­lometrə qədər sürətlə hərəkət etməyə imkan verən xüsusi sensorlarla təchiz ediləcək. Avtobuslarda qəza və ya arzuolunmaz hadisələrin qarşısını al­maq üçün iki personal olacaq. Həmin şəxslər lazım olan zaman idarəetməni ələ ala bilsə də, onların əsas işi bilet və sərnişinlərin müraciətləri ilə məş­ğul olmaqdır. Edinburqa 22 kilometrlik marşrut üzrə hərəkət edəcək avtonom avtobuslar həftədə təxminən on min sərnişin daşıyacaq.

Qeyd edək ki, Şotlandiya Hökumə­tinin nəqliyyat naziri Kevin Stevart bildi­rib ki, qlobal əhəmiyyətli layihə ictimai nəqliyyat üçün faydalı olacaq və Şot­landiyanın dünya miqyasında reputasi­yasına kömək edəcək.

Əfsanə ƏHƏDLİ, “Xalq qəzeti”

Sosial həyat