“Vətəndaş Cəmiyyətində Debat” İctimai Birliyinin təşkilatçılığı, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin tərəfdaşlığı və Maqsud İbrahimbəyov yaradıcılıq mərkəzinin dəstəyi ilə “QadınTalks” layihəsi çərçivəsində görüş baş tutub.
Layihənin məqsədi öz sahələrində fərqlənən qadınlarla gənclər arasında təcrübə mübadiləsinə şərait yaratmaq və gəncləri maraqlandıran suallara cavab tapmaqdır.
Görüşdə “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin nəzdində fəaliyyət göstərən Maqsud İbrahimbəyovun Yaradıcılıq Mərləzində təşkil olunan tədbirdə müxtəlif sahələrdə uğur qazanmış xanımlar, İçərişəhər və Qala Qoruğunda yaşayan sakinlər və gənclər iştirak edib.
Tədbirin əvvəlində qonaqlar üçün Maqsud İbrahimbəyovun Yaradıcılıq Mərkəzinə ekskursiya təşkil olunub və onun haqqında qısa film nümayiş etdirilib.
Tədbirin açılış nitqini Maqsud İbrahimbəyov yaradıcılıq mərkəzinin rəhbəri Anna İbrahimbəyova, Gənclər və İdman Nazirliyinin sektor müdiri Nərmin Aslanbəyova və qismində “Vətəndaş Cəmiyətində Debat” İctimai Birliyinin sədri Ülviyyə Axundova edib.
Daha sonra Abbasağa Əlizadənin moderatorluğu Ailə Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Aynur Sofiyeva, Milli Məclisin Deputatı, Ailə, qadın, və uşaq məsələləri komitəsinin üzvü Nigar Arpadai, “Woman In Tech” təşkilatının Azərbaycandakı nümayəndəliyinin səfiri, “Jenskiy Faktor” verilişinin aparıcısı Leyla Seyidzadə, Kiçik və Orta Biznes Subyektləri və Klublarının Assosiasiyasının idarə heyətinin sədri Nigar Ələsgərovanın iştirakı ilə panel müzakirəsi başlayıb, spikerlərlə qadınların cəmiyyətdə rolu, öz həyat təcrübələri və digər mövzularda müzakirə aparılıb, gəncləri, debatçıları maraqlandıran suallara cavab veriblər.
Sonda isə, qonaqlar və iştirakçılarla birlikdə xatirə şəkli çəkilib.