Paracüdoçumuz Xanım Hüseynova Qran-pri turnirində qızıl medal qazanıb

post-img

Azərbaycan paracüdoçusu Xanım Hüseynova Misirin İsgəndəriyyə şəhərində keçirilən Qran-pri turnirində qızıl medal qazanıb.

AZƏRTAC xəbər verir ki, turnirdə 70 kiloqram çəki dərəcəsində mübarizə aparan təmsilçimiz bütün rəqiblərini məğlub edəcək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Bu gün ikiqat Paralimpiya çempionu İlham Zəkiyev (+90 kq) qızıl, Dürsədəf Kərimova (+70 kq) isə bürünc medal uğrunda görüşə çıxacaqlar.

Qeyd edək ki, ötən gün Namiq Abaslı (73 kq) mötəbər turnirin qalibi olub.

İdman