“Könüllü DOST” proqramına bu il daha 6 minə yaxın müraciət olub

post-img

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki DOST Agentliyindən "Xalq qəzeti"nə verilən məlumata görə, “Könüllü DOST” proqramına bu il 6 minə yaxın müraciət olub və proqrama daha 232 nəfər cəlb edilib.

“Könüllü DOST” proqramı "Gənc DOST", "Gümüşü DOST", “Korporativ DOST”, “İnklüziv DOST” və "Distant DOST" altproqramlarından ibarətdir.

DOST könüllüləri DOST mərkəzlərində vətəndaş məmnunluğuna uyğun xidmətlərin göstərilməsində, vətəndaşların qarşılanması, məlumatlandırılması, xidmət pəncərələrinə yönləndirilməsi və s. işlərdə dəstək verirlər.  

Qeyd edək ki, DOST Agentliyi və ilk DOST mərkəzi 2019-cu ilin may ayında açılıb. Həmin vaxtdan “Könüllü DOST” proqramına 84,1 min müraciət olub. Proqramda iştirak edənlərin sayı isə 3,1 min nəfər təşkil edib.

Sosial həyat