Ötən il 43 küçə və prospektdə təhlükəsizlik tumbası quraşdırılıb

post-img

Paytaxtda piyadaların təhlükəsiz, fasiləsiz və rahat hərəkətinin təmin edilməsi məqsədilə Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyində Bakı Nəqliyyat Agentliyi bir sıra tədbirlər görüb. Dövlət başçısının bu istiqamətdə tapşırıqları əsas götürməklə icra olunan tədbirlər sayəsində səkilərdə və piyada keçidlərində hərəkət təhlükəsizliyi, eləcə də əlçatanlıq səviyyəsi əhəmiyyətli dərəcədə artırılıb.

"Xalq qəzeti"nə verilən məlumata görə, səkilərin avtomobillərdən azad edilməsi, piyadaların rahat və maneəsiz hərəkətinin təmin edilməsi məqsədilə təhlükəsizlik tumbaları quraşdırılıb. Bu çərçivədə son bir ildə səkilərdə piyadaların rahat və təhlükəsiz hərəkəti, həmçinin buna maneə yaradan qanunsuz parklanma hallarının qarşısının alınması məqsədilə 43 küçə və prospektdə təhlükəsizlik tumbası quraşdırılıb.

Sosial həyat