Azərbaycan XİN-də Slovakiya ilə ikitərəfli əməkdaşlığın inkişafından danışılıb

post-img

Slovakiyanın Bakıdakı səfiri Elçin Qasımov və Azərbaycan Xarici İşlər Nazirliyinin Avropa Departamentinin yeni direktoru Məmməd Talıbov ikitərəfli əməkdaşlığın inkişafı məsələlərini müzakirə ediblər.

XQ xəbər verir ki, səfir bu barədə "X" sosial şəbəkəsində paylaşım edib.

"Azərbaycan Xarici İşlər Nazirliyinin Avropa Departamentinin yeni direktoru Məmməd Talıbovla görüşməkdən məmnun oldum. Müzakirələr ikitərəfli əməkdaşlığın gələcək inkişafına həsr olunmuşdu", - diplomat yazıb.



Siyasət