Ölkəmizdə rəsmi səfərdə olan İspaniya Krallığı Deputatlar Konqresinin sədri Fransina Armenqol Sosias yanvarın 23-də Fəxri xiyabana gələrək xalqımızın Ümummilli Lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin məzarını ziyarət edib.
AZƏRTAC xəbər verir ki, ziyarət zamanı Ulu Öndərin xatirəsi ehtiramla yad edilib, abidəsi önünə əklil qoyulub.

