Azərbaycan-Kolumbiya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Müşfiq Cəfərov və qrupun üzvü Müşfiq Məmmədli oktyabrın 12-də Kolumbiyanın Boqota şəhərinə səfər edəcəklər.
Milli Məclisin Mətbuat xidmətindən XQ-yə bildirilib ki, millət vəkilləri səfər çərçivəsində keçiriləcək görüşlər zamanı parlamentlər arasında əlaqələrin genişləndirilməsi və ikitərəfli əməkdaşlıq təşəbbüsləri haqqında fikir mübadiləsi aparacaqlar.
Səfər oktyabrın 18-də başa çatacaq.