Andrey Sibiqa: Ukraynanın müharibədən sonra bərpası böyük proses olacaq və orada Azərbaycanın dəstəyini gözləyirik

post-img

Bizim üçün çox önəmlidir ki, Azərbaycan Ukraynanın suverenliyini dəstəkləyir. Bunun üçün Azərbaycan Prezidenti İlham Əliyevə təşəkkür edirəm.

AZƏRTAC xəbər verir ki, bu sözləri mayın 25-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla keçirilən birgə mətbuat konfransında Ukraynanın xarici işlər naziri Andrey Sibiqa söyləyib.

“Ukraynanın müharibədən sonra bərpası böyük bir proses olacaq və burada Azərbaycanın dəstəyini gözləyirik. Xüsusilə minatəmizləmə sahəsində əməkdaşlığa üstünlük veririk. Ölkəmiz Azərbaycanın Qafqazda enerji habına çevrilməsinə dəstək verməsinə hər zaman hazırdır”, - deyən nazir İrpen şəhərinə dəstəyə görə Azərbaycana təşəkkür edib.

Siyasət