Rumıniya parlamentinin nümayəndə heyəti Ulu Öndərin məzarını ziyarət edib

post-img

Azərbaycanda rəsmi səfərdə olan Rumıniya Parlamenti Senatının sədrinin vəzifəsini müvəqqəti icra edən Mirça Abrudeanın rəhbərlik etdiyi nümayəndə heyəti aprelin 14-də Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib.

AZƏRTAC xəbər verir ki, ziyarətçilər Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsini ehtiramla anıb, məzarı önünə əklil qoyublar.

Siyasət