Hikmət Hacıyev 105 illik yubiley münasibətilə AZƏRTAC-ın kollektivini təbrik edib

post-img

Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev 105 illik yubiley münasibətilə Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC) kollektivini təbrik edib.

AZƏRTAC xəbər verir ki, Prezidentin köməkçisi sosial şəbəkə hesabında qeyd edib: "Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC) 105 yaşının tamam olması münasibətilə kollektivin bütün üzvlərini səmimi-qəlbdən təbrik edirəm. Ölkəmizin ilk milli informasiya agentliyi çətin və şərəfli bir yol keçib, xəbər mübadiləsi sahəsində daim yüksək peşəkarlıq nümayiş etdirib və beynəlxalq aləmdə Azərbaycanın güclü səsi olub. Həmişə yeniliklərə açıq olan, inkişaf və irəliləyiş yolunu seçən AZƏRTAC-ın 105 illik yubileyi münasibətilə əməkdaşlarını bir daha təbrik edir, yeni yaradıcılıq uğurları arzulayıram".

Siyasət