Pakistanın Baş naziri 7 saylı Bakı “ASAN xidmət” mərkəzinin fəaliyyəti ilə tanış olub

post-img

Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərif fevralın 25-də Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində olan 7 saylı Bakı “ASAN xidmət” mərkəzinin fəaliyyəti ilə tanış olub.

AZƏRTAC xəbər verir ki, Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev ali qonağa “ASAN xidmət” mərkəzlərinin yaradılması məqsədləri və həyata keçirilən fəaliyyəti barədə ətraflı məlumat verib.

Siyasət