Rusiya XİN: Moskva Ermənistanla Azərbaycan arasında bütün istiqamətlər üzrə münasibətlərin normallaşdırılmasına kömək etməyə hazırdır

post-img

Moskva Ermənistanla Azərbaycan arasında bütün istiqamətlər üzrə münasibətlərin normallaşdırılmasına kömək etməyə hazırdır.

AZƏRTAC xəbər verir ki, bu sözləri Rusiyanın xarici işlər naziri Sergey Lavrov Moskvada ermənistanlı həmkarı Ararat Mirzoyanla apardığı danışıqlarda deyib.

Rusiyalı nazir vurğulayıb: “Regional təhlükəsizlik bizim Cənubi Qafqaz istiamətində fəaliyyətimizdə mühüm yer tutur. Biz 2020-2022-ci illərdə üç ölkə liderinin əldə etdiyi üçtərəfli razılaşmaların inkişafı istiqamətində Ermənistan və Azərbaycan arasında münasibətlərin bütün istiqamətlər üzrə normallaşdırılması üçün lazımi köməyi göstərməyə hazırıq. Hesab edirik ki, bu razılaşmalar xüsusən də regiondakı mövcud vəziyyət fonunda əvvəlki kimi aktualdır”.

Fəridə Abdullayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Moskva

Siyasət