ÜST ABŞ-ın təşkilatdan çıxmaq qərarına yenidən baxacağına ümid edir

post-img

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) ABŞ-ın təşkilatdan çıxmaq qərarından təəssüflənir və bu qərara yenidən baxacağına ümid bəsləyir.

AZƏRTAC xəbər verir ki, bu fikri ÜST-nin sözçüsü Tarik Jazareviç brifinqdə səsləndirib. O, təşkilatın bütün dünyada insanların, o cümlədən amerikalıların sağlamlığının və təhlükəsizliyinin qorunmasında mühüm rol oynadığını bildirib.

“Ümid edirik ki, ABŞ öz qərarını yenidən nəzərdən keçirəcək. Biz dünyada milyonlarla insanın sağlamlığı və rifahı naminə ABŞ-ÜST tərəfdaşlığını qorumaq üçün konstruktiv dialoqu səbirsizliklə gözləyirik”, - deyə ÜST nümayəndəsi əlavə edib.

Xatırladaq ki, ABŞ Prezidenti Donald Tramp vəzifəsinə başladığı ilk gün ölkənin Ümumdünya Səhiyyə Təşkilatından çıxması ilə bağlı sərəncam imzalayıb.

Dünya