Cenevrədə Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin ali səviyyəli toplantısı işə başlayıb

post-img

İsveçrənin Cenevrə şəhərində Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin 31-ci ali səviyyəli toplantısı işə başlayıb. .

Mərkəzdən AZƏRTAC-a bildiriblər ki, BMT-nin Cenevrə ofisi ilə tərəfdaşlıq çərçivəsində keçirilən və yanvarın 17-dək davam edəcək toplantı 40-dan çox nüfuzlu lideri bir araya gətirib.

Tədbirə 25-dən çox ölkəni təmsil edən sabiq dövlət və hökumət başçıları, beynəlxalq təşkilatların rəhbərləri iştirak qatılıblar.

Qeyd edək ki, toplantının açılış mərasimində Mərkəzin həmsədri Vayra Vike-Freyberqa, BMT-nin Cenevrə Ofisinin baş direktoru Tatyana Valovaya, Ümumdünya Səhiyyə Təşkilatının baş direktoru. Tedros Adhanom Qebreyesus, Beynəlxalq Telekommunikasiya İttifaqının baş katibi Dorin Boqdan Martin, Azərbaycanın ekologiya və təbii sərvətlər naziri, COP29-un Prezidenti Muxtar Babayev və Finlandiyanın sabiq prezidenti Tarya Halonen çıxış ediblər.

“İnkişaf etməkdə olan ölkələr üçün DİM-lərin maliyyələşdirilməsi”, “COP29: Vəddən tərəqqiyə”, “Sağlamlıq və iqlim dəyişikliyi yaşıl rəqəmsal fəaliyyətin tətbiqi” kimi qlobal mövzuları əhatə edən bu tədbir bu il keçiriləcək 12-ci Qlobal Bakı Forumuna hazırlıq məqsədi daşıyır.

Xatırladaq ki, bu, Mərkəzin BMT-nin Cenevrə ofisi ilə birgə təşkil etdiyi 4-cü toplantıdır.











Siyasət