Parlamentdə “Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Konstitusiya Qanununun layihəsi birinci oxunuşda qəbul edilib.
AZƏRTAC xəbər verir ki, bu məsələ Milli Məclisin dekabrın 29-da keçirilən iclasının gündəliyinə daxil edilib.
Azərbaycan Respublikasının Prezidenti tərəfindən qanunvericilik təşəbbüsü qaydasında təqdim olunmuş "Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında" Azərbaycan Respublikasının Konstitusiya Qanununda dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının Konstitusiya Qanununun layihəsi BMT-nin Bütün əməkçi miqrantların və onların ailə üzvlərinin hüquqlarının qorunması üzrə Komitəsinin 33-cü sessiyası çərçivəsində verilmiş tövsiyələrə uyğun hazırlanıb.
Qanun layihəsinə əsasən, “Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” Azərbaycan Respublikası Konstitusiya Qanununun 8.5-ci maddəsində “qanunsuz miqrantların saxlanılması” sözləri “müvafiq icra hakimiyyəti orqanının müvəqqəti yerləşdirmə” sözləri ilə əvəz edilir.