Filemon Yanq Azərbaycana başsağlığı verib

post-img

BMT Baş Assambleyasının 79-cu sessiyasının prezidenti Filemon Yanq AZAL-ın Bakı-Qroznı reysini həyata keçirən təyyarəsinin qəzaya uğraması ilə əlaqədar Azərbaycana başsağlığı verib.

AZƏRTAC-ın məlumatına görə, o, Azərbaycan Hava Yollarına məxsus sərnişin təyyarəsinin qəzaya uğraması ilə əlaqədar həlak olanların ailələrinə, Azərbaycan hökumətinə və xalqına dərin hüznlə başsağlığı verdiyini deyib. “Düşüncələrim və dualarım bu dağıdıcı itkidən əziyyət çəkənlərin yanındadır. Bu çətin zamanda güc, rahatlıq və təsəlli tapmalarını diləyirəm”, - deyə Filemon Yanq bildirib.

 

Məlahət Nəcəfova

AZƏRTAC-ın xüsusi müxbiri

Vaşinqton

Siyasət