Dekabrın 19-da Misir Ərəb Respublikasının paytaxtı Qahirə şəhərində D-8 İqtisadi Əməkdaşlıq Təşkilatının 11-ci Zirvə görüşündə iştirak edən Azərbaycanın Baş naziri Əli Əsədov tədbir çərçivəsində bir sıra görüşlər keçirib.
AZƏRTAC xəbər verir ki, Baş nazir Əli Əsədov Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan, İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkian, Misir Ərəb Respublikasının Prezidenti Əbdülfəttah əs-Sisi, Pakistan İslam Respublikasının Baş naziri Şahbaz Şərif və Nigeriya Federativ Respublikasının xarici işlər naziri Yusuf Tuqqar ilə görüşüb.