Azərbaycanda olmaqdan məmnunuq. Çox şadıq ki, bu gün buraya minlərlə iştirakçı toplaşır. COP29 elə təşkil edilib ki, bu qlobal tədbirdə vətəndaşların səsi öndə olsun. Əminik ki, görüləcək tədbirlər bütün dünyada insanların iradəsini və marağını əks etdirəcək.
AZƏRTAC xəbər verir ki, bu sözləri jurnalistlərə müsahibəsində Parlamentlərarası İttifaqın Baş katibi Martin Çunqonq söyləyib.
O, parlamentlərin iqlimlə bağlı fəaliyyətindən bəhs edərək deyib: “Mühüm işlər görmək potensialı var. Biz parlamentləri iqlimə uyğun qanunvericiliyi dəstəkləmək üçün səfərbər etmək istəyirik. İstəyirik ki, parlamentlər resursları səfərbər etsinlər, iqlimlə bağlı tədbirlər üçün vəsait ayırsınlar. Dövlətlər bu tədbirlərdə bağlanılan sazişlərə görə cavabdeh olmalıdırlar. Biz Parlamentlərarası İttifaq vasitəsilə parlamentləri səfərbər etməyə çalışacağıq ki, iqlim dəyişikliyi dalğasının qarşısını almaq üçün tədbirlər görülsün və bunun hamı üçün ədalətli şəkildə həyata keçirilməsini istəyirik”.