Fransa koloniyasında həbsdə olan fəalları dəstəkləmək üçün müxtəlif həmrəylik aksiyalarının davamı olaraq və 20 sentyabrda Lyon Məhkəməsində başlayan silsilə dindirmələrə cavab olaraq Fransanın müxtəlif şəhərlərində, Kataloniyada, Sakit Okean hövzəsində, eləcə də Antil adalarında həmrəylik ifadə edən qardaş və bacılara Yeni Kaledoniyalı Siyasi Məhbuslara Dəstək Cəbhəsi öz təşəkkürünü ifadə edir.
Kollektiv bir neçə ay ərzində məlumatlılığın artırılması və informasiya məkanlarının təşkilinə qoyulan səylər çərçivəsində "Kanak həmrəyliyi" kollektivi və Fransanın Kanak hərəkatı tərəfindən görülən mühüm işləri yüksək qiymətləndirir.
“Xüsusilə işimizin qurulmasında mühüm dəstəyə görə Solidarita Assosiasiyasına və EH Bai-yə, eləcə də siyasi məhbus ailələrinə göstərdiyi dəstəyə görə Bakı Təşəbbüs Qrupuna təşəkkürümüzü bildiririk”.
XQ